• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • DÜNYA
  • HADİSƏ
  • TƏHSİL
  • MƏDƏNİYYƏT
  • İDMAN
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SİYASƏT
  • Video
  • Foto
  • Digər
    • Gündəm
    • Xalqın səsi
    • Şikayət
    • Sosial
    • Araşdırma
    • Səhiyyə
    • Köşə
    • Analiz
    • Müsahibə
    • Reportaj
    • Manşet
    • Aktual
    • Maraqlı
    • Şərh
    • Region
    • Günün sitatı

İlham Əliyev Münxendə dəyirmi masada iştirak etdi - FOTOLAR

17-02-2023, 16:02
“İlham Əliyev Münxendə dəyirmi masada iştirak etdi - FOTOLAR

Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: Gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan dövlətimizin başçısı bildirdi ki, ötən il Azərbaycanın qaz təchizatının artırılması qısamüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə verilən töhfə idi. Orta və uzunmüddətli perspektivdəki hədəf isə Azərbaycan tərəfindən irəli sürülən Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Prezident İlham Əliyev qeyd etdi ki, 2027-ci ilədək TAP-la qaz nəqlinin indiki 11 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-la isə 16 milyard kubmetrdən 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Ötən il Bakıda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iştirakı ilə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını xatırladan dövlətimizin başçısı vurğuladı ki, enerji sahəsində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı bu sənədə uyğun olaraq bundan sonra da genişlənəcək.
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqda bərpaolunan enerjinin xüsusi rolunun olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin son dövrlər bu sahədə bir sıra vacib addımlar atdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycanda bu istiqamətdə artıq bir sıra layihələr həyata keçirilir, həmçinin 25 qiqavatadək enerji istehsalı ilə bağlı müxtəlif sənədlər imzalanıb. Bu isə Azərbaycanın istehsal etdiyi yaşıl enerjinin daxili istehlakla yanaşı, Avropaya ixrac edilməsinə də imkan verəcək ki, bu da orta və uzunmüddətli perspektivdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan bundan sonra da Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa davam edəcək.
Tədbirdə digər çıxış edənlər Azərbaycanın ötən dövrdə, xüsusilə keçən il Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni xüsusi vurğuladılar, Azərbaycanla bu sahədə əməkdaşlığı yüksək qiymətləndirdilər və onun davamlı olacağına əminliklərini bildirdilər.


88

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Adnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTO
Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı
Roma Papası Vatikanda Zelenski ilə görüşəcək
"Təhsil sahəsində bir sıra boşluqlar var" - Fəzail Ağamalı
Prezidentdən Elçin Əfəndiyevlə bağlı SƏRƏNCAM
Türkiyədə seçkilərə hazırlıq başa çatıb

Adnan Əhmədzadəni bir də belə görün - VİDEO/FOTO

Bu tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

Roma Papası Vatikanda Zelenski ilə görüşəcək

"Təhsil sahəsində bir sıra boşluqlar var" - Fəzail Ağamalı

Prezidentdən Elçin Əfəndiyevlə bağlı SƏRƏNCAM

Türkiyədə seçkilərə hazırlıq başa çatıb

Milli Məclisin xüsusi iclası keçiriləcək

Gürcüstanla quru sərhədi açılsın - TƏKLİF

General Seyfulla Əzimov parlamentdə hesabat verdi

Dövlət hesabına vəkillə təmin olunacaq şəxslərin əhatə dairəsi müəyyənləşir

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

© demokratiya.org Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.